Şənbə, Avqust 8 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRƏDƏBİYYATO gün…
ƏDƏBİYYAT

O gün…

tərəfindən redaktor 14.09.2021 / 15:01
14.09.2021 / 15:01
A+A-
Sıfırla
1

Səni  itirdiyim gün… o gün…

Mən o gündən böyüməyə başladım. Yaşımdan, başımdan tez böyüməyə…

bəzən bükülməyə…sənsizliyin ağırlığından, yoxluğundan….

o gündən itkinin necə ağır olduğunu dərk etməyə…

Danışmağı, gülməyi, gəzməyi öyrətdiyin kimi o gündən çox şeyləri öyrətdin…

Uşaq, gənc olmağa imkan vermədin, çox tez böyütdün məni…

uşaqlarla oynayanda yemək üçün hamı evinə çağırılanda bir anlıq yoxluğunu unudub evimizə qaçıb bağlı qapıları, boş və günlərdir bulaşıq qalmış qazan-boşqabları görüb çilik-çilik sınmağı da!!!

İlk günlər itkinin ağırlığı, dərinliyi uşaq ağlımla mənə çatmasa da, sonradan için-için sənin üçün yanaraq ağlamağı, heç zaman qovuşmaq qisməti olmayacaq darıxmağı da öyrətdin mənə…

xəstələnəndə öz-özümə sağalmağı da…. Qohumların məni görəndə uşaqları üçün aldığı nələrisə gizlətdiyini, göz yaşlarımı içimə axıdıb, daxilən ağlaya ağlaya istəmədən gülümsəməyi də… süfrələrində mənə yer olmadığını açıqca göstərməsini, mənim isə analı bir süfrədə oturmaq həsrətliliyimi …

Analı balaya paxıllıq etmək,
Mənə öyrətmisən ölümünlə SƏN!

Qəbristanlığa aparmazdın məni, uşaqlara olmaz deyərdin… hər gün mənim üçün ziyarət yeri etdin oranı… saatlarla soyuq məzar daşınla dərdləşməyi öyrətdin mənə….

Tətillərdə hamı sevincək ana yeməyi, ana qayğısı üçün evlərinə tələsdiyində mən yenə də unutqanlıq edib, qara qıfıllı qapımıza üz tutardum… soyuq divarlı, bomboş amma içi sənli – kədərli xatirələrlə dolu evimizə sığınırdım…

təmizliyimiz sanki həyat devizin idi.. səndən sonra yuyulmayan, aylarla qatı açılmayan və çirkli qalan, kif iyi verən yorğan döşəklərdə yatmağı öyrətdin…

Uşaqlar ANAdan yetim qalır deyirlər…. sevmirdim o sözü, amma arxamca doğma bildiklərim tez-tez deyirdilər…yetim uşaqdı… onu da sən dedizdirdin… yoxluğunla…

Qonşu kənddə anasını itirmiş uşaqlardan həmişə ürək ağrısı ilə danışardın,

sənsiz pərən-pərən düşmüş övladlarını da dillərə də saldın… yoxluğunla…

Ögey ana filminə baxanda həmişə gözlərin dolurdu.. o filmə baxanda hönkür-hönkür aglamağı öyrətdin mənə…

Tələbə adını qazananda, imtahanlardan kəsiləndə, diplom alanda, qəzaya düşəndə…. hər anımda xəyalən səninlə şirinli-acılı günlərimi bölüşməyi öyrətdin… sənsiz səninlə ağlamağı, gülməyi, sevinməyi, kədərlənməyi…

Yoxluğunla doğmalıqdan yada çevrilən insanların arasında böyüməyi öyrətdin…
ailə yükü çəkməyi, yoxluğunla pozulmuş ailə düzənimizi uşaqlığımla, hamıdan balaca olmağıma baxmayaraq yenidən toparlamağı öyrətdin…

ətrafımda Doğma heç kimi tapmayıb tək tənha yıxıla-dura, əzilə-sına, mübariz olmağı öyrətdin…

Heç oğul toyunu görə bilmədin,
Nəvə toylarında süzənlər də var…

Uşaq ağlımla kiçik yaşlarımda fikir edərdim, görəsən hansı yaşda insan anasiz yaşaya bilər deyə. 30 yaş, 40 yaş… yox, yenə tezdi… hətta özlüyümdə 60-70 yaş kimi düşünərdim… yenə də tezdi ananı itirmək … və bu qorxu ilə həmişə sənə sığınıb ətrini çəkərdim…

Çox az yaşadın bu dünyada, çox az…. Sanki bir an içində uçub getdin, heç yoxmuş kimi və olmamış kimi….

 amma yaşadığın günlərində də, olmadığın günlərdə də çox şeylər öyrətdin mənə… öyrətdiklərinlə yaşayıram… sənsiz-sənli…

Amil

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Qəbələdə istirahət mərkəzinin fəalliyəti dayandırıldı – VİDEO
Sonrakı yazı
Tovuzda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb – FOTO

Digər yazılar

Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

20.07.2026 / 14:38

YTB-dən gənc qələm sahiblərinə çağırış

29.06.2026 / 09:29

Bu qurumda araşdırmalara başlanıldı

26.05.2026 / 10:48

Prezident Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı

19.05.2026 / 15:56

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

14.05.2026 / 11:09

May ayının pensiyaları ödənildi

14.05.2026 / 09:44

Günəşdə güclü partlayış olub

04.05.2026 / 10:22

Prezident qəbul keçirdi

28.04.2026 / 14:21

“ASAN Xidmət”ə yeni səlahiyyət verilib

28.04.2026 / 14:09

XƏBƏR LENTİ

  • Anar Bayramov direktor müavinini işdən çıxardı

    07.08.2026 / 21:21
  • ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini təsdiqlədi

    07.08.2026 / 21:12
  • Azərbaycanda vəkil həbs olundu

    07.08.2026 / 21:09
  • Beyləqanda 15 yaşlı yeniyetmə kanalda boğulub öldü

    07.08.2026 / 19:47
  • Bu yollarda tıxac var – SİYAHI

    07.08.2026 / 19:02
  • Yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    07.08.2026 / 18:35
  • Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıb

    07.08.2026 / 17:51
  • Çimərliklərdə hava necə olacaq?

    07.08.2026 / 17:05
  • Usta işlədikləri evdən oğurluq edən şəxslər saxlanılıblar

    07.08.2026 / 17:05
  • Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

    07.08.2026 / 16:37
  • Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

    07.08.2026 / 16:24
  • Respublikaçıların son prezidenti ola bilərəm – Tramp

    07.08.2026 / 16:05
  • İmtahan nəticələri açıqlandı

    07.08.2026 / 16:00
  • Daha bir qadın estetik əməliyyatdan sonra öldü

    07.08.2026 / 15:41
  • İspaniya İtaliyaya cavab tədbirləri ilə hədələdi

    07.08.2026 / 15:21
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

20.07.2026 / 14:38

YTB-dən gənc qələm sahiblərinə çağırış

29.06.2026 / 09:29

Bu qurumda araşdırmalara başlanıldı

26.05.2026 / 10:48

Prezident Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı

19.05.2026 / 15:56

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

14.05.2026 / 11:09