0
"Ürək damar xəstələri yüksək risk qrupunda olduqlarına görə, mütləq vaksin vurdurmalıdırlar".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov deyib.
“Bizə tərəddüd etdiklərini bildirilər, amma tərəddüd etmək olmaz. Ağırlaşmaların olamaması üçün vaksin vurdursunlar. Virusa yoluxandan sonra da onlar mütləq həkimə müraciət etsinlər. Özlərini müalicə etməyə çalışmasınlar” – o bildirib.///report
