0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Ucnoqta.az xəbər verir ki, nazirlik araşdırma aparıldığını bildirib.
"Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.
Mütəxəssislərin ilkin ehtimalına görə partlayışa səbəb vulkan püskürməsidir."
