On milyonlarla istifadəçini narazı salan yeni məxfilik siyasəti səbəbindən yaxın gələcəkdə "WhatsApp" messenceri "Apple"ın "App Store" kataloqundan silinə bilər.
"APA-Economics" "AppleScoop"a istinadən xəbər verir ki, istifadəçi məlumatlarının "Facebook"a ötürülməsini nəzərdə tutan "WhatsApp"ın yeni qaydası tətbiqlər mağazasının mövcud qaydalarına ziddir. Belə ki, mağaza qaydalarının 3.2.2 bəndi "Apple"a əlavə araşdırma aparmadan "WhatApp"ı "App Store"dan çıxarmaq hüququnu verir.
BMT-nin İnkişaf Proqramı azad edilmiş ərazilərdə bərpa işlərinə dəstək verəcək
Bənddə qeyd olunur ki, tətbiqlər istifadəçilərdən qiymət verməsini və onlara baxmasını, digər tətbiqlərini yükləməsini, reklamlara klikləməsini, izləməyə icazə verməsini və digər oxşar əməliyyatlar həyata keçirməsini tələb etməməlidir.
