0
Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq.
APA-nın yerli bürosu xəbər verir ki, məsələ parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Məlumata görə, komitənin gündəliyində qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ələdə edilən razılaşmanın Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirləri müazkirə olunacaq. Komitə iclasında Gürcüstan kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze dinləniləcək. İclasın qapalı keçəcəyi ehtimal edilir.
