0
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən Elxan Əliyev bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Elxan Əliyev buna qədər Yevlax rayon Regional Qeydiyyat-İmtahan şöbəsinin rəisi olub.
