0
Azərbaycanlı hakerlər Ermənistanın "Armenpress" rəsmi xəbər agentliyinin saytını sındırıblar.
Ucnoqta.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, hakerlər sayta nəzarəti ələ keçirərək Azərbaycan Prezidenti İlham Əliyevin Valday konfransındakı çıxışını, Milli Qəhrəman Mübariz İbrahimovun fotosunu yerləşdiriblər.
