0
Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında sürət həddi endirlib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Ucnoqta.az-a verilən məlumata görə, gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib:
"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik", – deyə BNA sürücülərə müraciətində bildirib.
