0
Azərbaycanda bu gün koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, sutka ərzində 17 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 224 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209 522 nəfər müalicə olunaraq sağalıb, 2 926 nəfər vəfat edib, aktiv xəstə sayı 12 379 nəfərdir.
Ölkədə son sutka ərzində 4 086, hazırkı dövrədək isə 2 272 009 test aparılıb.
