0
Gizir Əlizadə Tahir Qəribəli oğlu 1994-cü ildə Biləsuvar rayonunda anadan olub.
Ucnoqta.az xəbər verir ki, gizir Əlizadə Tahir Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi döyüşlərində iştirak edib. O, Hadrut uğrunda döyüşdə yaralanır. Hospitala göndərilsə də, müalicəsinin başa çatmasını gözləmədən yenidən cəbhəyə qayıdıb. Şuşa uğrunda döyüşlərdə bir daha ağır yaralanır, bir ayağı amputasiya olunub. Qəhrəman gizirimiz komadan ayılmayaraq bu gün şəhidlik zirvəsinə yüksəlib.
Qeyd edək ki, Şəhidimiz bu gün Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və şəhidin yaxınları iştirak edib.
Allah rəhmət eləsin!
