0
ABŞ prezidenti Donald Trampın yeni koronavirus infeksiyasından müalicə olunmasına xərclənən məbləğ 100 min dollar dəyərində qiymətləndirilir. Üçnöqtə.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin hesablamalarına görə, məbləğ yeni koronavirus üçün aparılan testlərə, müxtəlif sağaldıcı dərmanların istifadəsinə xərclənib.
Qəzet qeyd edir ki, əgər kimsə Covid-19-a yoluxsa və o, prezident deyilsə, onda koronavirusdan sağalmaq ona 100 min dollara başa gələcək.
Namiq Musayev
