0
Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etmək üçün linklər açıqlanıb.
Müdafiə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil, yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.
Bildiririk ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:
Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.
