Türkiyə beynəlxalq reysləri bərpa edir

15:59 - 2 İyun 2020 - DÜNYA

“Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən beynəlxalq reysləri bərpa edəcək.

Bunu şirkətin mətbuat katibi Yəhya Üstün “Twitter” səhifəsində yazıb. O bildirib ki, həmin tarixdən Türkiyənin 14, Avropanın 16 şəhərinə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar “Türk Hava Yolları” şirkəti də uçuşları dayandırmışdı.

Xəbər xətti