XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

14:49 - 4 May 2020 - SİYASƏT

Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.
Paylaşımda bildirilir:
“1994-cü ilin bu günündə Azərbaycan NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulub və İttifaqla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. Azərbaycan Avro-Atlantik bölgədə və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi qorumaq üçün NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır".///trend

Xəbər xətti