Bakı Media Mərkəzi polislərə həsr olunmuş videoçarx hazırlayıb- VİDEO

15:18 - 2 May 2020 - Xəbər

Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədədirlər. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.

Bakı Media Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx bu dəfə məhz polislərimizə həsr olunub.

Xəbər xətti