Xaçmazda avtomobil yanıb     
                    
                    
                    
                        
                                         
             
            09:12  -  28 Mart   2020 -  HADİSƏ
                    
                    
                                                                  
                                                  
                            
                            Xaçmaz rayonunda avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Niyazoba kəndində qeydə alınıb.
Hadisə zamanı “VAZ” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.