"Brent” markalı neftin qiyməti artdı

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) qərarı neft qiymətlərinə də təsir göstərib. 

“Report” "Interfax"a istinadən xəbər verir ki, "Brent” markalı xam neftin qiyməti 3%-dən çox artıb. Belə ki, bu markadan olan neftin bir barelinin aprel ayı üçün fyuçerslərinin qiyməti Londonun ICE birjasında 1,66 ABŞ dolları (3,2%) artaraq 53,56 ABŞ dolları olub.

Bundan başqa, WTI markalı neftin də qiyməti Nyu-Yorkun NYMEX birjasında 1,15 ABŞ dolları (2,46%) artaraq 47,9 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, FED koronavirusa görə uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb. 

Tarix
3 Mart 2020 [21:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-03 21:49:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin