Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi

16:21 - 25 Fevral 2020 - Xəbər

Prezident İlham Əliyev YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Komissiyanın üzvləri sırasına daxil edilib.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Fərəh Əliyevadır.

Xəbər xətti