Zəlzələdə əri və 3 övladını itirən ananın FƏRYADI- VİDEO

22:46 - 23 Fevral 2020 - Xəbər

İranın Türkiyə ilə sərhədində baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van əyalətində ölənlərin sayı artıb.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, Vandaki zəlzələdə ölənlərdən 4-ü bir ailənin üzvüdür. Belə ki, ata və üç övladı dağıntılar altında qalaraq həyatını itirib. Zəlzələdən yalnız ana canını qurtara bilib. Qadının sözlərinə görə, zəlzələ o həyətdə paltar asarkən baş verib. Həmin vaxt yuxuda olan həyat yoldaşı və üç övladı isə uçan evin altında qalıb.

​Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

Xəbər xətti