“Sədərək”də mağazası yanan sahibkar: “Sığortamız yoxdur” - VİDEO

Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib. 

Hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib: “Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk”.

Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib.
“300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır”.

Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb./oxu.az

Tarix
18 Fevral 2020 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-18 11:27:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin