Güclü külək Qubada məktəbin damını uçurdu - FOTO

12:08 - 9 Fevral 2020 - ÖLKƏ İÇİ

Quba rayonunda məktəbin dam örtüyü uçub.

Güclü külək Haput kənd ibtidai məktəbinin dam örtüyü ilə yanaşı, təhsil ocağının divarlarını da sıradan çıxarıb. Sinif otaqlarının üstü tamamilə dağıldığından məktəbdə dərslər dayandırılıb.

Qeyd edək ki, Haput kənd ibtidai məktəbi qəzalı vəziyyətdədir.  /report


Xəbər xətti