Yanvarın 3-də ABŞ-ın hava hücumları nəticəsində Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.
Görüntülər “Fox News” tərəfindən yayımlanıb. Generalın öldürülməsindən bir-iki dəqiqə sonra çəkilən videoda Süleymaninin olduğu avtomobilin yanması əks olunub.
Görüntülər ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən lentə alındığı bildirilib. /oxu.az