AFB Bank beynəlxalq yarışın sponsoru oldu

15:58 - 13 Dekabr 2019 - Xəbər

 AFB Bank BMT və "Hult Business School" tərəfindən təşkil edilən beynəlxalq “Hult Prize” müsabiqəsinin UNEC-də keçirilən yarışına sponsor oldu.

“Tələbələr üçün Nobel Mükafatı” kimi tanınan bu müsabiqədə 121 ölkədə fəaliyyət göstərən 1500 kollec və universitetin 2 milyondan çox tələbəsi cəlb edilərək bir ideya altında birləşdirilir.10 ildən çoxdur ki, BMT-nin təşkilatçılığı ilə keçirilən bu ideya yarışı, gənc sahibkarlığı təbliğ etməklə yanaşı hər il qlobal problemlərin həllinə köklənmiş minlərlə layihəyə dəyər qazandırır.

Qeyd edək ki, “Ekologiya” mövzusuna həsr edilmiş bu ilki yarışda iştirak edən tələbələr, ekologiyaya müsbət təsir göstərəcək startup ideyasını reallaşdırmağa çalışacaqlar. Universitet üzrə final yarışı 26 dekabrda baş tutacaq. Qalib komanda ölkəmizi 25 şəhərdən birində keçiriləcək Regional Final yarışında təmsil edəcək. Yarışın qaliblərini isə 1 milyon dollar dəyərində mükafat gözləyir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Xəbər xətti