Ağcabədidə əsgər yola salma mərasimində 16 yaşlı yeniyetmə qan tökdü

10:19 - 13 Dekabr 2019 - HADİSƏ

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Hüsülü kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğlu kənd sakini Məmmədov Namiq Nadir oğlunun həyətində oğlunun hərbi xidmətə çağırılması ilə bağlı təşkil edilən yığıncaqda həmkəndlisi, 2003-cü il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib. Mübahisə zamanı S. Mirzəyev aralarında böyük yaş fərqi olduğu üçün Ə. Mirzəyevlə mübahisə etmək istəməyib.

Bundan hiddətlənən Ə. Mirzəyev evlərinə gələrək bıçaq götürüb S. Mirzəyevi izləyib. Yığıncaqdan sonra S. Mirzəyev evinə gələrkən evinin həyət darvazasının yanına çatarkən Ə. Mirzəyev ona arxadan 5 bıçaq zərbəsi endirib.

Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Mirzəyev tutulub.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci ( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb./trend

Xəbər xətti