MN: Hərbi qulluqçumuz vəfat etdi

19:00 - 4 Dekabr 2019 - Xəbər

Azərbaycanın hərbi qulluqçusu, kapitan Abbas Məlikzadə vəfat edib. 

 Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyyə edilərkən yolda keçinib. Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Xəbər xətti