Cinsini dəyişib ərə gedən bloqer ana olmaq istəyir

Cinsiyyətini dəyişərək qadın olan və futbolçu Gökhan Çıraya ərə gedən Selin Ciğerci ana olmaq istəyir.

 35 yaşlı məşhur bloqer ən böyük istəyinin övlad sahibi olmaq istədiyini etiraf edib.

“Əlbəttə ki, mənim ana olmaq kimi bir şansım yoxdur. Amma Gökhanın ata olmasını çox istəyirəm. Ona görə də xaricdə daşıyıcı ana vasitəsilə ana olmağı düşünürəm. Çünki Türkiyədə bu proses leqal deyil.
Planlarımız alınmasa, Türkiyədə övladlığa uşaq da götürə bilərik. Əgər şərtlər imkan verərsə, istəyimizi həyata keçirmək istəyirik. Ancaq bizə uşaq verib-verməyəcəklərini dəqiq bilmirik. Hazırda uşaqla bağlı xeyli planlarımız var. Amma hələlik heç birinin cavabıbəlli deyil. Bunlarla bağlı araşdırma aparmalıyıq”, - deyə bloqer bildirib.   

Qeyd edək ki, bloqer aktyabrın 28-də futbolçu Gökhan Çıra ilə ailə qurub.

Selin toyda üç gəlinlik geyinib. Gəlinliklərdən birinin çəkisi 40 kiloqram olub./oxu.az

 

Tarix
9 Noyabr 2019 [11:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-09 11:12:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin