Bakıda tüfeyli həyat tərzi sürən azyaşlı tapılaraq uşaq evinə yerləşdirilib

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerininin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Ucnoqta.az-a daxil olan məlumata görə, valideyn himayəsindən məhrum olan, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Fərid Vlasov Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Nur” Uşaq Evinə yerləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
21 Sentyabr 2019 [16:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-21 16:53:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin