Nazir: Təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib

11:40 - 11 Sentyabr 2019 - Xəbər

Ötən müddət ərzində 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. 

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, onların dərs yükü norması 1,5 dəfə, əməkhaqları iki dəfə artırılıb:
“Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb.

Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5000-dən müəllimin bu artımdan sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir”, - deyə nazir qeyd edib./oxu.az

Xəbər xətti