Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılmışdı. Onlar 8 təyyarə reysi ilə geri qayıdırlar. Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.
Tarix
25 Avqust 2019 [08:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-25 08:50:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin