Cütlüklərin yatmaq pozasına görə XARAKTERİSTİKASI

Cütlüklərin gündəlik münasibətləri onlar haqda bir sıra məlumat verə bilər. Amma yatmaq pozaları ən dəqiq faktların mənbəyidir.

Partnyorunuzla münasibətinizin xarakteristikasını öyrənmək istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi bu yazını diqqətlə oxuyun.

1. Cütlüklər bir-birinə arxalarını dönüb yatırlarsa, demək münasibətdə güvən və qarşılıqlı anlayış hökm sürür.
2. Sarmaşıq formasında yatan cütlüklər xoşbəxt və bir-birindən ayrı qala bilməyənlərdir. Onlar bir-birinə sevgilərini sübut etməkdən zövq alır və daim birgə olmağa can atırlar. Bu cütlüklərin intim həyatı da alovludur.

3. Yataqda üz-üzə bir-birinə baxan cütlüklər çox yaxşı sirdaşdırlar. Onlar yatarkən belə dərdləşməkdən zövq alırlar.

4. Kişinin arxası üstə uzanıb qadının isə onun çiyninə sığınıb yatma pozasının da maraqlı açıqlaması var. Bu o deməkdir ki, qadın öz sevgilisinin, ərinin himayəsində olmaq istəyir. Bu poza əsasən yeni cütlüklərin seçimidir. Kökündə bir az utancaqlıq gizlənir.

5. Bir tərəfin olduqca rahat, digərinin küncə sıxılıb yatmaq pozası təhlükədən xəbər verir. Bu o deməkdir ki, bir tərəf hər şeyin bitdiyini aydın dərk etsə də, digəri hələ də hər şeyin yolunda getdiyinə inanır.

Tarix
14 Avqust 2019 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-14 18:15:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin