Fransanın böyük hisssəsi işıqsız qalıb

16:25 - 10 Avqust 2019 - DÜNYA

Fransada 15 mindən çox ev elektriksiz qalıb.

Trend-in məlumatına görə, güclü qasırğa və külək elektrik təchizatında problemlər yaradıb. Əlverişsiz hava şəraiti Fransanın "Enedis" elektrik təchizatı şirkətinin işində problemlər yaradıb.

Məlumata görə, hələ ötən gün qasırğa səbəbindən 30 min ev işıqsız qalıb. Elektrik təchizatında problemlər əsasən Lotaringiya, Bretane və Lionun şimalında müşahidə edilir.
Hazırda "Enedis" şirkəti problemin aradan qaldırılması istiqamətində iş aparır.

Xəbər xətti