Dini Komitə “Qaloş piri”ndə araşdırma apardı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə gündür ki, müzakirə olunan “Qaloş piri” məsələsinə münasibət bildirib.  “Qafqazinfo”nun sorğusuna cavab olaraq qeyd edilib ki, “Qaloş piri” adlı görüntülər ilə əlaqədar komitə əməkdaşları Goranboy rayonunun Qurbanzadə kəndində olub, müvafiq araşdırma aparıblar. Sözügedən videogörüntülər Seyid Miribiş Ağa kimi tanınan, 1972-ci ildə vəvat etmiş Miribiş Məmmədovun ölümünün ildönümü münasibətilə təşkil olunmuş mərasimdən çəkilib. Belə ki, Seyyid Miribiş Ağanın övladları hər il atalarının ildönümündə mərasim təşkil edir, onlara başsağlığı verməyə gələnlərə ehsan paylayır. Mərasimə toplaşan şəxslərin əksəriyyəti həmin kəndin sakinləridir. Videoyazıda “qaloş” kimi təqdim edilən əşya isə əslində Seyyid Mirişin olduğu bildirilən papaqdır. Komitə eyni zamanda bildirib ki, sözügedən ünvan ziyarətgah və ya pir kimi fəaliyyət göstərmir. Orada adi günlərdə hər hansısa mərasim icra edilmir və ianələr toplanılmır. Bəs ziyarətgahlar qanunla necə tənzimlənir? Komitənin cavabında bildirilib ki, ziyarətgahların tənzimlənməsi “Dini etiqad azadlığı haqqında” qanun, balansında olduğu dini mərkəz və ya icmanın  nizamnaməsinə əsasən həyata keçirilir. Belə ki, Qanunun 21-ci maddəsinə əsasən dini qurumlar dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər.  Eyni zamanda, Azərbaycanda İslam dini qurumların tarixi mərkəzi Qafqaz Müsəlmanları İdarəsi və digər dini icmaların nizamnaməsində ziyarətgahların yaradılması və istifadəsi qaydaları müəyyən edilib. Komitənin sorğuya cavabında əlavə edilib ki, ibadət evi olmayan ziyarətgahlar Dövlət Komitəsində ayrıca subyekt kimi qeydiyyata alınmayıb, onlar hər hansısa məscidin, dini icmanın tərkibində fəaliyyət göstərə bilərlər. Dövlət Komitəsi vurğulayıb ki, qurumun xurafata münasibəti birmənalı olaraq mənfidir və mütəmadi olaraq ölkə ərazisində dini maarifləndirmə işləri aparır.
Tarix
12 İyun 2019 [14:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-12 14:56:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin