Bakıda taksi sürücüsünü öldürən şəxslər saxlanıldı

İyunun 6-da Bakıda taksi sürücüsünü qətlə yetirən şəxslər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Hadisə iyunun 7-də saat 18:00 radələrində Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobildən 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb.

İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilmiş zərbə nəticəsində dünyasını dəyişib. Qətl meyit aşkarlanmazdan bir gün əvvəl törədilib. 
İyunun 10-da 32-ci Polis Bölməsi və Suraxanı rayon Polis İdarəsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb.

Onların Ə.Əliyevə çoxsaylı bədən xəsarətləri yetirdiyi iddia olunur. Ə.Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb. Hələlik cinayətin motivi bəlli deyil. Ancaq mənbənin bildirdiyinə görə, qətl qurbanın peşə fəaliyyəti ilə əlaqədar olmayıb. Hazırda müstəntiqlər saxlanılmış şəxsləri dindirir.

Qətldə daha bir nəfərin iştirak etdiyi bildirilir. Həmin şəxs saxlanılmadığından kimliyi istintaq sirri olaraq qorunur.

Tarix
11 İyun 2019 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-11 14:41:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin