Bakıda dəhşətli qəza: 7 maşın toqquşdu, ikisi aşdı — Video

16:26 - 10 İyun 2019 - HADİSƏ

Bakıda bir müddət əvvəl baş vermiş dəhşətli qəzanın görüntüləri təhlükəsiz şəhər kameralarına düşüb.

Ucnoqta.az Avtosfer.az-a istinadla xəbər verir ki, Hava limanı istiqamətində, Sabunçu körpüsünün üstündə əvvəlcə sıxlıq yaranır.

Ardınca sıxlıqda zolağı dəyişmək istəyən avtomobilə arxadan gələn VAZ 21 99 markalı maşın çırpılır. Eyni anda 7 avtomobil zərbənin nəticəsində bir-birinə dəyir. Onlarda ikisi aşır.

Bu cür qəzalara səbəb sürücülərin vəziyyəti düzgün qiymətləndirməməsi, ara məsafəsi və sürət həddinin qorunmamamsıdır. Həmçinin tələsərək digərinin yoluna çıxmaq da analoji qəzaların əsas səbəbidir. 

Xəbər xətti