Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,02 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,06 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,98 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 3,09 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,2 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 3,11 dollar/barel azdır.
Tarix
30 Aprel 2019 [00:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-30 00:28:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin