Ağır yol qəzası nəticəsində 27 il komada qalan qadın ayılıb

17:29 - 23 Aprel 2019 - HADİSƏ

Ağır yol qəzası nəticəsində 27 il koma vəziyyətində qalan qadın ayılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Səudiyyə Ərəbistanı vətəndaşı olan Minurə Abdulla 1991-ci ildə maşının avtobusla toqquşmasıdan sonra ağır xəsarətlər alıb. Qadın xəstəxanaya yerləşdirildikdən sonra, ona diaqnoz qoymaq üçün Londona aparılıb.

O vaxt həkimlər, zərərçəkənin minimal şüurda, komaya bənzər vəziyyətdə və ağrıya qarşı həssaslığının olduğunu bildiriblər və qadın ölkəsinə qayıdıb. Bu illər ərzində qadın boru vasitəsi ilə qidalanıb. 2017-ci ildə isə baş verən hadisəni öyrənən Abu-Dabi şahzadəsi qadının müalicə xərclərini ödəyərək, onu Almaniyaya göndərir.

Bir il müalicədən sonra Minurə bəzi səslər çıxarmağa başlayıb və daha bir neçə gün sonra isə ayılaraq oğlunun adını çəkib.

 

Namiq

Xəbər xətti