Azərbaycanlı referi Çempionlar Liqasının oyunlarına təyinat alıb

11:26 - 1 Oktyabr 2018 - İDMAN

Azərbaycanlı referi Çempionlar Liqasının oyunlarına təyinat alıb.

Ucnoqta.az  AFFA-ya istinadən xəbər verir ki, FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb. O, futzal üzrə UEFA Çempionlar Liqasının əsas təsnifat mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

“Sportinq” (Portuqaliya), “Kayrat” (Qazaxıstan), “Lida” (Belarus) və “Feniks” (Kosovo) komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 3-dən 6-dək Kosovoda keçiriləcək.

Xəbər xətti