Öz iqtisadiyyatını gücləndirə bilən ölkələrdə demokratiyanın inkişafı normal gedir

18:20 - 24 May 2018 - KİVDF

Azərbaycanın iqtisadi inkişafı demokratik proseslərin dərinləşdirilməsinə, hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsinə geniş zəmin yaradır

Azərbaycan dövlətinin inkişaf strategiyasında demokratik dəyərlər, vətəndaş cəmiyyəti institutlarınının yaranması və güclənməsi, eləcə də hüquqi dövlət quruculuğu başlıca prinsiplərdəndir. Təsrübə göstərir ki, demokratik proseslərin davamlı getmədiyi, hüquqi prinsiplərin möhkəm olmadığı dövlətdə iqtisadi sahədə yüksək nəticələr əldə etmək, beynəlxalq arenada layiqli yer tutmaq, dünyaya inteqrasiya olmaq mümkün olmayan işdir. İqtisadiyyatə geri qalan dövlətlərdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluğa düçar olması şübhə doğurmur. Bu reallıqdan çıxış edən Azərbaycan rəhbərliyi hər iki xəttə birgə yanaşılmasını vacib bilir, ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların, həmçinin hüquqi dövlət quruculuğunun  paralel davam etdirilməsi şərti ilə real sayır. Dövlət rəhbərliyinin demokratik inkişaf konsepsiyası, hüquqi dövlərt quruculuğu, vətəndaş cəmiyyəti institutlarına verdiyi önəm kifayət qədər təkmil səciyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsinədən irəli gəlir. Öz iqtisadiyyatını gücləndirə bilən ölkələrdə demokratiyanın inkişafı normal gedir. Bunun üçün də iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması başlıca şərtdir. Azərbaycanın indiki iqtisadi inkişafı demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsinə  geniş zəmin yaradır.

İqtisadi cəhətdən güclü ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə də iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Bu həm də hüquqi dövlət quruculuğunda çox önəmlidir. Azərbaycanın iqtisadi dirçəlişinin banisi isə Heydər Əliyev idi. 2003-cü il iyunun 15-i Azərbaycanın istər siyasi, istərsə də iqtisadi həyatında önəmli rol oynadı. Heydər Əliyevin böyük siyasətə qayıdışı hər iki sahədə yaranmış böhranın aradan qaldırılmasına səbəb oldu. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində qısa müddətdə ölkədə siyasi və makroiqtisadi sabitlik bərpa edilidi, Azərbaycan iqtisadiyyatı tənəzzüldən qurtardı və dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu da Azərbaycanda bazar iqtisadiyyatının formalaşdırılması və regionların sosial-iqtisadi inkişafı sahəsində ciddi nəticələr əldə etməyə imkan verdi. Buna nail olmaq üçün Azərbaycan bir neçə mərhələdən keçdi və bu zaman aşağıdakı amillərin mənfi təsiriləri nəzərə alındı. 

* islahatdların müharibə şəraitində həyata keçirilməsi, torpaqların 20 famzinin işğal və bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudlüğu;
* ölkədə islahatların bir sistemdən onun əksi kimi çıxış edən digər iqtisadi sistemə-bazar iqtisadiyyvatına keçid şəraitində həyata keçirilməsi. Bu isə təkamül yolu ilə səmərəli iqtisadiyyat formalaşdırmış ölkələrdən fərqli olaraq, özünəməxsus problemlər doğurur və radikal addımlar tələb edirdi. 
* 90-cı illərin əvvəlinədək köklü iqtisadi islahatların keçirilməsinin ləngidilməsi və bunun nəticəsində ölkə iqtisadiyyatının böhran vəziyyətinə gətirilməsi.

Hüquqi dövlət quruculuğu isə iqtisadiyyatda neqativ halların aradan qaldırılmasını tələb edirdi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində yaranməş sabitlik iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı. Bu strategiya xarici kapitalın və təcrübənin cəlb edilməsi, çoxvariantlı nəqliyyat sisteminin yaradılması, gəlirlərin toplanması və səmərəli idarə edilməsi kimi üç əsas hissədən ibarət idi.
Ən əvvəl xarici kapitalın, ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üçün böyük təcrübəyə və geniş maliyyə imkanlarına malik olan beynəlxalq neft şirkətlərinin Azərbaycana cəlb olunması lazım idi. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Nüfuzlu neft şirkətləri ilə iş birliyinin qurulması Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratdı. "Əsrin müqaviləsi"ndən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana marağı artdı, iqtisadiyyata, xüsusilə də neft sektoruna çoxmilyardlı xarici investisiyaların axını başlandı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı. Bu müqavilə Azərbaycan iqtisadiyyatını düçar olduğu ağır böhran halından çıxarıb onun qısa bir dövr ərzində sürətli inkişafı üçün real zəmin yaratdı. Neft müqaviləsi Azərbaycan üçün böyük siyasi əhəmiyyət kəsb etdi. Qərbin neft şirkətləri ilə saziş dövlətimizin bir sıra dövlətlər tərəfindən dəstəklənməsinə, onun həm iqtisadi, həm də siyasi mənafelərinə hörmətlə yanaşılmasına təminat verən güclü amilə çevrildi. Birinci neft müqaviləsindən sonra xarici dövlətlərin iri neft şirkətləri ilə yeni müqavilələr imzalandı.
Onlar dövlətin dayaqlarını möhkəmləndirdi, hüquqi dövlət quruculuğu istiqamətində islahatların daha inamlı aparılmasına təkan verdi. Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişləndi və ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin etdi.

Bir sözlə, Azərbaycanın inkişafının möhkəm əsasları qoyuldu. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan çox ağır, çətin, keşməkeşli yol keçibdir. Azərbaycan xalqı bütün sınaqlardan keçərək, bütün təhlükələrin qarşısını alaraq müstəqilliyini qoruyub, saxlayıb və daim inkişaf etdiribdir. İndi qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı bu nailiyyətlərlə fəxr edə bilər. Azərbaycanın dövlətçiliyi bütün dünyaya nümayiş etdirilibdir. Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır. Biz bu günlər böyük qürur hissi keçiririk. Ona görə ki, biz müstəqilliyimizi bəyan edəndən sonra bütün dünyaya nümayiş etdirmişik və sübut etmişik ki, Azərbaycan xalqının müstəqil yaşamaq arzusu həmişə olmuşdur. Ancaq on il müddətində Azərbaycan bu istək və arzularını tam yerinə yetirib və sübut edibdir ki, müstəqil dövlət kimi yaşaya bilər və daim yaşayacaqdır.

“Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın enerji təminatında da Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti artdı. "Şahdəniz" yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanı qazandı.

(davamı var)

 

 

Xəbər xətti