Azərbaycan bu il Avropa Yenidənqurma və İnkişaf Bankından 225 mln. avro borc alıb

 Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 225 mln. avro və yaxud 7,99% artaraq 2018-ci il martın 1-nə 3,042 mlrd. avro təşkil edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, verilmiş borclarda özəl sektorun payı 7 faiz bəndi azalaraq 26% olub.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu kimi 165 olaraq qalıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 139 mln. avro və yaxud 7,02% artaraq 2,119 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 152 mln. avro və yaxud 21,78% böyüyərək 850 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 242 mln. avro yaxud 20,58% artaraq 1,418 mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 3 vahid yaxud 6% azalaraq 47-yə düşüb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.

EBRD-nin cari portfelinin 49,37%-i yaxud 700 mln. avroluq hissəsi enerji, 42,38%-i yaxud 601 mln. avroluq hissəsi infrastruktur, 5,15%-i yaxud 73 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,17%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Tarix
9 Aprel 2018 [20:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin