Türkiyənin Azərbaycandakı səfiri Gəncəyə səfər edib - FOTO

15:58 - 12 Fevral 2018 - SİYASƏT

Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə işgüzar səfər edib.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, səfər çərçivəsində Erkan Özoral Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib.

Səfir qəbula görə İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirib.

Görüşdə hər iki qardaş ölkənin iqtisadi, mədəni və digər sahələrdə uğurla davam edən əlaqələrindən söhbət açılıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə geniş potensial imkanlar olduğu diqqətə çatdırılıb.

Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Türkiyə və Azərbaycan xalqının tarixən çətin anlarda bir - birinin yanında olmasını xüsusi vurğulayıb.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.


Xəbər xətti