“Məktəblər arası futbol turniri” adlı layihə yekunlaşdı

14:45 - 1 Dekabr 2016 - Cəmiyyət

Abdullayev İsmayıl Müslüm oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məktəblər arası futbol turniri ” adlı layihəsini uğurla bitirdi. Layihədə Bakı şəhərinin 6 (altı ) məktəbi- Yasamal rayonu 175 nömrəli tam orta məktəb, 176 nömrəli tam orta məktəb ,53 nömrəli tam orta məktəb ,31 nömrəli tam orta məktəb, 225 nömrəli tam orta məktəb və Səbail rayonu 2 saylı humanitar liseyi iştirak edib. Ümumilikdə 5 oyun keçirildi. 3 seçim turları bitdikdən sonra birinci və ikinci yeri müəyyənləşdirmək üçün daha iki oyun yəni yarım final və final oyunları keçirildi.
Layihənin əsas məqsədi gənclər arasında idmana həvəs oyatmaq , boş vaxtdan  səmərəli istifadə etmək üçün onlara şərait yaratmaq idi. Sonda final oyununda birinci və ikinci yerin qalibləri mükafatlandırıldı.  Məktəblərarası futbol turnirinin  qalibi Yasamal rayonu 31 nömrəli tam orta məktəb, ikinci yerin sahibi isə Yasamal rayonu 176 nömrəli tam orta məktəb oldu.
 


Xəbər xətti