65 min avtomobil icbari qaydada sığortalanıb - Ötən ay

13:11 - 1 Dekabr 2016 - Xəbər

Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

İSB-dən Ucnoqta.az-a verilən məlumata görə, standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub.
2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma baş verib. Orta sığorta haqqı illik müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib. 

Xəbər xətti