Bakı Hava Limanının əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

12:15 - 30 Noyabr 2016 - HADİSƏ

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, aeroportun əməkdaşı 21 yaşlı Ağadadaşov Qalibbəy Mahmud oğlu sürətlə hərəkət edən zaman qapıdakı iri şüşəni görməyib nəticədə o, şüşəyə çırpılıb. Q.Ağadadaşov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Q.Ağadadaşovun dediyinə görə, hadisə vaxtı vətəndaşlardan birinə məxsus pasporta baxa-baxa sürətlə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti