“Azercell” 2017-ci ildə abunəçilərinə 15 mln. manatlıq smartfon təqdim edəcək

13:07 - 29 Noyabr 2016 - Xəbər

“Azercell” şirkəti 2017-ci ildə abunəçilərinə 15 mln. manatlıq smartfon təqdim edəcək.“APA-Economics”in məlumatına görə, bunu “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev “Bakutel-2016” sərgisi çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Növbəti il 15 mln. manatlıq smartfon gətirib abunəçilərimizə müxtəlif kampaniyalar çərçivəsində paylamaq istəyirik ki, onlar da mobil internetdən istifadə edə bilsinlər”, - deyə “Azercell” prezidenti qeyd edib.
V.Mürsəliyevin sözlərinə görə, bu smartfonların əksəriyyəti “İPhone” modeli olacaq.
Şirkət prezidenti bu il ilkin mərhələdə 2 minə qədər “İPhone 7” smartfonunun abunəçilərə verildiyini əlavə edib.

Xəbər xətti