Goranboyda yük maşını aşıb

12:31 - 29 Noyabr 2016 - HADİSƏ

 Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov DAF markalı yük maşını ilə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir maneələrə çırpılaraq aşıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük ətrafa dağılıb və yol təsərrüfatına ziyan dəyib.
Qəzaya yük maşınının sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti