Göygöl sakinindən narkotik müsadirə olunub

13:21 - 28 Noyabr 2016 - Xəbər

Göygöl rayonunda vətəndaşdan 18 kiloqram narkotik maddə aşkar edilib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balçılı kənd sakini İlqar Əliyevdən 45 qram marixuana götürülüb.
Onun evinə baxış zamanı əlavə olaraq 7 kiloqram 285 qram marixuana, 5 kiloqram 62,68 qram xaşxaş və 6 kiloqram xaşxaş toxumu, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Xəbər xətti