Daxili işlər orqanlarında yeni təyinat olub

11:47 - 28 Noyabr 2016 - Xəbər

Daxili işlər orqanlarında yeni təyinat olub.APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin rəis müavini Səfər Əliyev tutduğu vəzifədən azad edilərək DİN Katibliyin rəisi təyin edilib.
Qeyd edək ki, Katibliyin rəisi olmuş, polis general-mayoru Nüsrət Şirinov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.
N. Şirinov R. Usubovun qaynıdır. 

Xəbər xətti