Maştağa sakini 12 bıçaq zərbəsi ilə qətlə yetirilib

11:06 - 28 Noyabr 2016 - HADİSƏ

Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Xəbər xətti