"Otto" qasırğası Kosta-Rikada 10 nəfərin ölümünə səbəb olub

10:55 - 28 Noyabr 2016 - HADİSƏ

Kosta-Rikanın hakimiyyət orqanları "Otto" qasırğası nəticəsində 10 nəfərin öldüyünü, ölkəyə külli miqdarda ziyan dəydiyini bildiriblər. Bu barədə "Excelsior" portalı məlumat yayıb.

Ölkənin Fövqəladə Vəziyyətlər Komissiyasının məlumatına görə, təbii fəlakət zamanı 11000 insanın əmlakına ziyan dəyib. 2,7 min kilometr yol qəza zərər çəkib. Bərpaetmə işlərinin dəyəri 13 milyon dollar qiymətləndirilir.

Kosta-Rika prezidenti Luis Qilermo Solis 12 müvəqqəti sığınacağa yerləşdirilmiş insanlara qida və suyun çatdırılmasında problemlərin yarandığını deyib.

Hazırda zərərçəkənlərə yardımlar təyyarələr və helikopterlərlə çatdırılır.

Xəbər xətti