Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

17:27 - 25 Noyabr 2016 - Xəbər

Bakıda Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti seçilib. Bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib. ICF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.
Qeyd edək ki, X.Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner ICF-yə 2008-ci ildən rəhbərlik edir. X.Lopez 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.

Xəbər xətti